...

AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı: Erməni parlamentariləri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsindəki danışıqlara müxtəlif mövqələrdən yanaşırlar

Siyasət Materials 11 Dekabr 2006 13:25 (UTC +04:00)
AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı: Erməni parlamentariləri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsindəki danışıqlara müxtəlif mövqələrdən yanaşırlar

Erməni parlamentariləri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsindəki danışıqlara müxtəlif mövqələrdən yanaşırlar. Trend xəbər verir ki, bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov erməni nümayəndə heyətinin bu gün Bakıda keçirilən AŞPA siyasi komitəsinin toplantısında iştirak etməkdən imtina etməsini şərh edərkən bildirib.

S.Seyidov qeyd edib ki, media üzrə alt komitənin Bakıda işlədiyi vaxt Avropa Şurası Ermənistanın bu görüşdə iştirak etməsinə təkid edib, lakin onlar bundan imtina ediblər. Azərbaycan nümayəndə heyətinin başçısı əlavə edib ki, həmin hal bu gün də təkrar olunub.

Azərbaycan parlamentarisi hesab edir ki, bu, onların mövqeyinin qeyri-konstruktivliyini bir daha sübut edir.

Xəbər lenti

Xəbər lenti