...

Şirkət başçısı: Azercell Telecom şirkətinin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr 500 mln. ABŞ dollarını ötüb

Siyasət Materials 14 Dekabr 2006 17:42 (UTC +04:00)
Şirkət başçısı: Azercell Telecom şirkətinin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr 500 mln. ABŞ dollarını ötüb

Azercell Telecom birgə müəssisəsinin (BM) Azərbaycanın rabitə sahəsinə qoyduğu sərmayələr 523 mln. ABŞ dolları təşkil edib. Trend xəbər verir ki, bu barədə bu gün şirkətin baş direktoru Həlim Atəş məlumat verib.

Onun sözlərinə görə, bu, şirkətin 1996-cı ildən etibarən fəaliyyət göstərdiyi müddətdə qoyduğu sərmayələrin göstəricisidir. Bu dövr ərzində ödənilmiş vergilərin həcmi 303 mln. ABŞ dolları təşkil edib.

"İlin hələ başa çatmadığını da nəzərə alaraq, 2006-cı ildə şirkətimiz tərəfindən qoyulan sərmayələrin həcmi 130 mln. ABŞ dolları təşkil edib. Ödənilmiş vergilər 70 mln. ABŞ dollarına çatıb", - deyə şirkət başçısı vurğulayıb.

Gələn il üçün sərmayələr məsələsinə toxunan H.Atəş qeyd edib ki, bu rəqəm 130 mln. ABŞ dollarından az deyil.

Xəbər lenti

Xəbər lenti