...

Prezident aparatının şöbə müdiri: Hökümət Avropada öz təsdiqini tapmış bütün təcrübələrin Azərbaycanda tətbiq olunmasının tərəfdarıdır

Siyasət Materials 22 Dekabr 2006 16:54 (UTC +04:00)

Bakıda səfərdə olan ATƏT-in Demokratik İnstitutlar və İnsan hüquqları Bürosunun direktoru Kristian Ştroxal Azərbaycan prezidentinin İcra aparatında görüş keçirib. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra aparatınının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

O qeyd edib ki, K.Ştroxal onun idarə etdiyi institut və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra məsələlər qaldırıb. "Biz müzakirə olunan məsələlərin əksəriyyəti ilə razılaşdıq. Söhbət insan hüquqlarının müdafiəsi, zorakılıq və onun qarşısının alınması üçün tədbirlər, Azərbaycanın həbs cəzası sisteminin təkmilləşdirilməsi, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı beynəlxalq Konvensiya və hüquq normalarının gənclər arasında təbliğatı üçün işlərin görülməsindən gedib", - deyə Ə.Həsənov bildirib.

O əlavə edib ki, digər məsələlər də nəzərdən keçirilib və bütövlükdə görüş qarşılıqlı anlaşma atmosferində keçib. "Biz güman edirik ki, bizim bu institutla əməkdaşlığımız digər Avropa qurumları ilə eyni səviyyədə davam edəcək və biz institutun əməkdaşları və ATƏT-in Bakı ofisi ilə məsləhətləşmələrimizi davam etdirəcəyik", - deyə Azərbaycan prezidenti İcra aparatının şöbə müdiri bildirib.

K.Ştroxalın Azərbaycanda insan haqları vəziyyətinə monitorinq mexanizminin yaradılması haqqında təklifinə gəlincə, Ə.Həsənov qeyd edib ki, ATƏT-in Bakı ofisi, qeyri-hökümət təşkilatları və Azərbaycan hökümətinin nümayəndələri ilə birlikdə işçi qrupunun yaradılması haqqında məsələ müzakirə olunub.

O bildirib ki, hökümət Avropada öz təsdiqini tapmış bütün təcrübələrin Azərbaycanda tətbiq olunmasının tərəfdarıdır. Bu qrup "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişiklərin edilməsi, bu məsələyə, insan hüquqlarının müdafiəsinə dair təkliflərin hazırlanması, zorakılığın qarşısının alınması ilə bağlı monitorinq keçirməlidir. Ə.Həsənov bildirib ki, 2007-ci il fevralın sonunda- martın əvvəlində İnstitutun nümayəndələri bu məsələyə dair danışıqları davam etdirmək üçün yenə də Azərbaycana gələcəklər.

Xəbər lenti

Xəbər lenti