...

Baş nazirin birinci müavini: Azərbaycan Rusiyadan 1 min kubmetri 235 ABŞ dollarına qaz almaqdan imtina edib

Siyasət Materials 26 Dekabr 2006 18:12 (UTC +04:00)

Azərbaycanın 2007-ci il üçün yanacaq-energetika balansı yaxın günlərdə təsdiq olunacaq. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov məlumat verib.

Onun sözlərinə görə, balansın təsdiq olunmasının ləngidilməsi dünənə qədər Rusiya qazının Azərbaycana idxal olunması ilə bağlı qeyri-müəyyənliyin olması ilə əlaqədardır.

"Bu məsələ üzrə artıq Azərbaycan hökümətinin rəyi hazırdır və bu rəy ARDNŞ nümayəndə heyətinin Qazpromla danışıqlar aparmaq üçün Moskvaya etdiyi səfərin yekunu üzrə formalaşıb", - deyə baş nazirin birinci müavini qeyd edib.

"Biz 1 min kubmetrə görə təklif olunmuş 235 ABŞ dolları məbləğində qiymətdən imtina etdik, belə ki, bu, bizi qane etmir və biz bu barədə bildirdik. Azərbaycana əməkdaşlıq üzrə yeni variant təklif olunmadı", - deyə o bildirib.

Baş nazir müavininin fikrincə, 2007-ci ildə Azərbaycanın heç bir problemi olmayacaq. Ölkə daxili sərvətlər hesabına özünü təmin edə bilər.

"İlk növbədə Bakı NEZ-lərinin neftlə yüklənməsinin artırılmasının həyata keçiriləcəyi nəzərdə tutulur, bu zaman elektrik stansiyalarında qaz mazutla əvəz olunacaq", - deyə o bildirib.

İlkin proqnozlara görə, bu il istehsal olunan 1,2 mln. tonla müqayisədə 2007-ci ildə Bakı NEZ-lərində 1,8 mln. ton mazutun istehsal olunacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti