...

Prezident İlham Əliyev Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Siyasət Materials 27 Dekabr 2006 18:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciət ünvanlayıb. Trend in məlumatına görə, müraciətdə dövlət başçısı Həmrəyik Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib, onlara cansağlığı, firavanlıq, xoşbəxtlik, ümumi işdə uğurlar arzulayıb.

Prezident qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə on beş ildir dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd edilən bu bayram Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği, tarixi Iətənə bağlılığı, soydaşlarımızın yekdillik və mütəşəkkilliyinin gücləndirilməsi ideyalarını təcəssüm etdirir.

Dövlət başçısı müxtəlif ölkələrdə soydaşlarımızın təşkilatlanması, azərbaycanlı icmalarının fəaliyyətinin, Iətənlə əlaqələrinin güclənməsi istiqamətində son illərdə çox işlər görüldüynü qeyd edib: "Dünya azərbaycanlılarının I və II qurultayları soydaşlarımızın öz müstəqil dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi azərbaycançılıq ideyasının yayılması prosesinə güclü təkan verdi, qarşıda duran vəzifələri müəyyənləşdirdi. Dünya azərbaycanlılarının doğma Iətənlə əlaqələri daha da güclənir, ölkəmizin iqtisadi və sosial-mədəni həyatında iştirakı genişlənir. Ayrı-ayrı ölkələrdə azərbaycanlıların icma və cəmiyyətləri vahid mərkəzlər ətrafında birləşir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin milli mədəniyyətimizin təbliğində, təcavüzkar erməni millətçilərinin ideoloji təxribatlarının ifşa olunmasında getdikcə daha fəal rol oynayırlar"-deyə müraciətdə vurğulanır.

Prezident onu da vurğulayıb ki, ümumazərbaycan məsələləri ilə bağlı təsirli addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbisi formalaşdırılmalıdır. Dost icmalar və lobbi təşkilatlarla səmərəli əməkdaşlıq qurulmalı, diaspor quruculuğu sahəsində onların müsbət təcrübəsindən istifadə olunmalıdır.

Azərbaycanın iqtisadi inkişafından da söz açan İlham Əliyev dövlətimizin Cənubi Qafqaz bölgəsində və dünyada nüfuzunun yüksəldiyini, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli istiqamətində getdikcə gücümüzün artdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti