...

ATƏT PA-nın qış sessiyasında ATƏT regionunda enerji təhlükəsizliyi məsələsi müzakirə olunacaq

Siyasət Materials 3 Fevral 2007 13:16 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında ATƏT regionunda enerji təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

Onun sözlərinə görə, ATƏT PA-nın İqtisadiyyat Komitəsində "ATƏT regionunda enerji təhlükəsizliyi" adlı məruzə hazırlanıb. Məruzə ATƏT PA İqtisadiyyat Komitəsində müzakirə olunub. Müzakirələrdə ölkəmizi Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, millət vəkilləri Eldar İbrahimov və Fəttah Heydərov təmsil ediblər.

"Bu məsələ Parlament Assambleyasında müzakirə olunan zaman Azərbaycanı təmsil edən deputatlar da çıxış edərək öz fikirlərini bildirəcəklər. Bu məsələ Azərbaycan üçün də vacib və aktualdır", - deyə Eldar İbrahimov vurğulayıb.

Xatırladaq ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-23-ü tarixlərində Avstryanın paytaxtı Vyana şəhərində keçiriləcək.

Sessiyadan əvvəl isə ATƏT PA-nın sədri Qoran Lenmarker Cənubi Qafqaz bölgəsinə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti