...

Gəncədə yeni rabitə evi açılacaq

Siyasət Materials 7 Fevral 2007 17:55 (UTC +04:00)

Gəncədə yeni rabitə evi fəaliyyət göstərəcək. Bu barədə məlumatı Trendə Azəripoçt Dövlət Müəssəsinin Gəncə Poçtamntının rəisi Hüseyn Vəliyev verib.

Müsahibin sözlərinə görə artıq Bakı, Sumqayıt, Əlibayramlı və Şəki şəhərlərində fəaliyyət göstərən rabitə evi yaxınlarda Gəncədədə fəaliyyətə başlayacaq.

"Bizim Gəncədə belə rabitə evini açmaq fikrimiz çoxdan olub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Gəncə şəhər İcra Hakimiyyyətinə bu layihəmiz barədə məlumat vermişik. Ümid edirəm ki. yaxınlarda ev istifadəyə veriləcək"

Müsahib qeyd etdi ki, yeni yaradılacaq rabitə evində Gəncə Poçtamtının göstərdiyi bütün xidmət növləri, eləcədə yüksək səviyyəli internetdən xidmət göstəriləcək.

Xəbər lenti

Xəbər lenti