...

Azərbaycan XİN: Təcavüzkarlıq faktı aradan qaldırılmayanadək Ermənistan ikitərəfli və çoxtərəfli layihələrdə, o cümlədən Transxəzər qaz kəməri layihəsində iştirak edə bilməz

Siyasət Materials 8 Fevral 2007 13:35 (UTC +04:00)
Azərbaycan XİN: Təcavüzkarlıq faktı aradan qaldırılmayanadək Ermənistan ikitərəfli və çoxtərəfli layihələrdə, o cümlədən Transxəzər qaz kəməri layihəsində iştirak edə bilməz

Azərbaycanın mövqeyi əvvəlki kimi qalır və bundan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı faktı aradan qaldırılmayanadək nə ikitərəfli, nə də çoxtərəfli əməkdaşlıq mümkün deyil. Bu barədə Trend ə Azərbaycan XİN Mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın öz ölkəsinin Transxəzər qaz kəmərinin tikintisində iştirak etməyə hazır olduğu barədə bəyanatını şərh edərkən bildirib.

V.Oskanyan Azərbaycanın razılığı olmadan Ermənistanın bu layihəyə qoşula bilməyəcəyinə dair mövqeyi ilə bağlı öz təəccübünü bildirirərək qeyd edib: "Lakin Azərbaycan nəzərə almalıdır ki, qaz kəməri vasitəsilə yalnız Azərbaycanın deyil, həm də Mərkəzi Asiya qazı nəql olunacaq. Və Ermənistan çoxtərəfli və ya ikitərəfli danışıqlar əsasında bu imkandan istifadə edə bilər", - deyə o bildirib.

T.Tağızadə vurğulayıb ki, erməni tərəfi bir şeyi nəzər almır - Azərbaycan yalnız tranzit ölkəsi deyil, həm də ixracatçı ölkədir. "Ona görə də Ermənistanın Azərbaycandan kənar çoxtərəfli əsasda nə isə edə biləcəyindən danışmaq - boş sayıqlamadır. Mən bilmirəm ki, erməni naziri kimi aldatmaq istəyir - özünü, öz həmkarını, Ermənistan rəhbərliyinin nümayəndələrini və ya beynəlxalq ictimaiyyəti, bəlkə də onların hamısını", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti