...

İslam Demokrat Partiyası ADP-nin siyasi kursunu dəyişməsini dəstəkləyir

Siyasət Materials 13 Fevral 2007 14:42 (UTC +04:00)

"ADP-nin siyasi kursunda dəyişiklik etməsi reallıqdan irəli gəlir və bunu normal addım sayıram." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ADP-nin hakimiyyətlə dialoq təklifinə münasibət bildirərkən səsləndirib.

"Bir vaxtlar ADP və onun üzvləri çox aktiv idilər, piketlər təşkil edirdilər. Nəticədə insanlar döyülürdü, həsxanalara düşürdülər. Üstəlik qohum-əqrabaları əziyyət çəkirdi. Nəticə isə, göz önündədir. Bu mənada ADP-nin siyasi kursunda dəyişiklik etməsini normal addım sayıram. Əslində Sərdar Cəlaloğlu reallığa, ADP-nin illərlə zərbə alan elektoratının psixologiyasına uyğun addım atıb" -deyə Tahir Abbaslı vurğulayıb.

Onun fikrincə, Azərbaycanın ictimai-siyasi durumunu təhlil etdikdə görərik ki, üzdə olan cəryanlar perspektivsizdir. T.Abbaslının sözlərinə görə, əslində müxalifətçilik bir institut olmalıdır: "İndiki vəziyyətin yaranması, xüsusilə də müxalifət düşrgəsində illərlə hökm sürən pərakəndəlik məhz bizdə bu prinsiplərin mövcud olmaması ilə bağlıdır. Təbii ki, kor-ko¬ra¬nə mübarizə ola bilməz".

T.Abbaslı bu fikirdədir ki, insanlar getdikləri yolun dalana dirəndiyini hiss edirlərsə deməli yol varsa geriyə qayıtmalıdırlar: "Bizim müxalifətin tutduğu yolun isə illərdir ki, nəticəsiz qalacağı deyilirdi. Çünki bu yolda müəyyən bir qrup önə çıxırdı, özünə yaxşı şərait yaradırdı, qalanları isə istər-istəməz mübarizənin hədəfindən yayınırdılar. Hədəfi parlamentdə oturmaq, vəzifə almaq olanlar isə bu məqsədə yetişəndən sonra dayanırdılar"

Xatırladaq ki, müxalifətyönlü Azərbaycan İslam Demokrat Partiyası 2001-ci ildə yaradılıb. Partiyanın sədri Tahir Abbaslıdır.

Xəbər lenti

Xəbər lenti