...

Beynəlxalq Avropa Hərəkatının baş katibi: "Mən nə Azərbaycanın, nə də Ermənistanın tərəfindəyəm"

Siyasət Materials 16 Fevral 2007 18:44 (UTC +04:00)

Fevral ayının 16-da Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner "Belçika Azərbaycan Evi"nin və "EuXəbər" qəzetinin Bakı ofislərində görüş keçirib. Trend in məlumatına görə, "Belçika Azərbaycan Evi"nin rəhbəri Bülənt Gürcamla və qəzetin kollektivi ilə söhbətlər aparan Henrik Kroner jurnalistlərin də suallarını cavablandırıb.

H.Kroner Ermənistanda olarkən qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsi və bu hadisəyə münasibəti barədə jurnalistlərin suallarını cavablandırıb. O, Bakıda da Şəhidlər Xiyabanını ziyarət etdiyini və şəhidlərin məzarına gül dəstəsi qoyduğunu deyib: "Bu o demək deyil ki, mən kiminsə tərəfini tuturam, sadəcə mən ölən insanlara hörmət edirəm. Ümumiyyətlə, Bakıda mən ermənilərlə bağlı şikayətlərlə daha çox rastlaşdım, ermənilər isə sizin barənizdə bu qədər şikayət etmirdilər"-deyə Kroner qeyd edib.

Azərbaycanın Avropaya inteqrasiyasına gəldikdə isə Kroner deyib: "Bunun üçün çox zamana ehtiyacınız var. Amma inteqrasiya prosesi sizdə fəal gedir, bundan sonra daha da yaxşılacağına inanıram. Mən bunu Bakıda olarkən görüşdüyüm istər dövlət adamları, istərsə də hər hansı təşkilat nümayəndələrinə də demişəm". Beynəlxalq Avropa Hərəkatının baş katibi Azərbaycana ilk dəfə gəldiyini və bundan sonra növbəti dəfə də səfərlərinin olacağını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti