...

Rusiyanın Federal Miqrasiya Xidmətinin direktor müavini: Rusiya və Azərbaycan arasında hökumətlərarası saziş hazırlanır

Siyasət Materials 17 Fevral 2007 14:23 (UTC +04:00)

"Biz Azərbaycan hökuməti ilə sərfəli məsləhətləşmələr aparırıq. Azərbaycanın əmək və sosial müdafiə nazirliyi ilə biz, RF ərazisində Azərbaycan vətəndaşlarının məşğulluğu prosesinin qaydaya salınması ilə bağlı müvafiq müqavilə bağlamışıq. Bu müqaviləyə əsasən, biz Rusiya və Azərbaycan arasında hökumətlərarası saziş hazırlayırıq". Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinin suallarını cavablandırarkən Federal Miqrasiya Xidmətinin (FMX) direktor müavini Vyaçeslav Postavnin bəyan edib.

O, miqrasiya qeydiyyatında olan Azərbaycan vətəndaşlarının miqrasiya uçotunu Rusiyada işləmək icazəsi almış, deportasiya olunmuşların dəqiq statistikasını səsləndirməkdə çətinlik çəkib. Belə ki, rəqəmlər həmin vaxt özündə olmayıb. Onun sözlərinə görə, ümumilikdə yeni miqrasiya qanunvericiliyinin fəaliyyət dövründə Rusiyada 450 min xarici vətəndaş qeydityyata alınıb, 80 min xarici işləməyə icazə alıb.

Moskva FMX-nin rəisi Fyodr Karpovets öz növbəsində bildirib ki, yanvarın 15-dən Moskvada miqrasiya uçotuna 132 min xarici vətəndaş salınıb. Qanun pozuntularına gəlincə, FMX rəisi qeyd edib ki, 2006-cı ildə adminstrativ məsuliyyətə yarım milyon xarici vətəndaş cəlb olunub, 30 mini Rusiya sərhədlərindən köçürülüb. "Azərbaycan vətəndaşlarının lider mövqe tutmasını söyləmək olmaz. Lakin Azərbaycan vətəndaşları heç də sonuncu deyillər. Bu mənada kimisə və ya hansısa dövləti ayırmağa heç bir ehtiyac yoxdur", deyə F. Karpovets qeyd edib.

Bununla yanaşı, FMX-nin direktor müavini Rusiyada ciddi demoqrafik probelmin həlli üçün Azərbaycan vətəndaşlarının potensialından istifadə etməyin mümkünlüyü fikri ilə razılaşıb. Lakin o, qeyd edib ki, demoqrafiya və miqrasiya prosesləri - çətin problemlərdir, demoqrafik problemləri miqrasiya hesabına həll etmək çətin ki, mümkün olsun. Tarixə müraciət etsək, bir çox imperiyalar nasist miqrasiyası üzündən məhv olunub. Hətta Azərbaycana yaxın olan Osmanlı imperiyası türklərin fikrincə, kifayət qədər miqrantların, hətta hakimiyyətdə olmaları ilə əlaqədardır. Buna görə də bu məsələ ilə bağlı birmənalı nəsə söyləmək çox çətindir. Biz, bütün dünyada millətlərarası, dinlərarası problemlərin gərginliyini görəndə mənzərə daha da dərinləşir. Miqrasiya hesabına kvazidemoqrafik problemləri həll etmək olar. Dünya iqtisadiyyatı xarici əmək resurslarını istifadə edir və bu kifayət qədər böyük və effektli gəlir gətirir. Bu istənilən müasir iqtisadiyyat üçün mövcudluq şərtidir", Vyaçeslav Postavnin deyib.

Bununla belə, FMX-nin direktor müavini bir daha təsdiq edib ki, Rusiyaya hər il əksəriyyətinin qeyri-leqal olduğu 10 milyon miqrant gəlir. O, həmçinin qeyd edib ki, yeni miqrasiya qanunvericiliyi ilk öncə, miqrantların maraqlarının müdafiəsinə, onların hüquqlarını müdafiə etmək və ucuz işçi qüvvəsi problemini həll etməyə istiqamətlənib. O, həmçinin qeyd edib ki, kvota sistemi Rusiyanın vizasız rejimdə olduğu ölkə üçün təqdim olunmuş 6 milyon kvotu nəzərdən keçirir. Rusiya 309 ölkə ilə vizalı rejimə malikdir.

Xəbər lenti

Xəbər lenti