...

Gəncədə oğurluqla məşğul olan dəstə yaxalanıb

Siyasət Materials 20 Fevral 2007 11:16 (UTC +04:00)

Gəncə şəhər Polis İdarəsi oğurluqla məşğul olan qrup yaxlayıb. Trend in Qərb Bürosunun Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Siyavuş Sadıxova istinadən verdiyi məlumata görə, oğurluq edən qrup 4 nəfərdən ibarət olub.

Qrupa rəhbərliyi Sərvan Hüseynov edib. O, digər 3 yoldaşı ilə birgə fevralın 15-dən 16-na keçən gecə Zülfü Hacıyev küçəsində olan 24 saylı mənzildən ev əşyaları oğurlayıb. Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri yaxalanıb. Dəstənin üzvləri Hüseynov Sərvan Qəzənfər oğlu, Rzayev İlqar Əmir oğlu, Bədirov Elman Natiq oğlu və Qurbanov Elnur Nazim oğludur.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti