...

Milli Məclisin iclaslarına qatılmayan deputatlara xəbərdarlıq edilib

Siyasət Materials 6 Mart 2007 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Nizam-İntizam Komissiyası üzürsüz səbəblərdən parlametin iclaslarına qatılmayan deputatlara xəbərdarlıq edib. Milli Məclisin Nizam-İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Əbiyev bildirib ki, iclaslara qatılmayan deputatların siyahısı hazırlanıb. Lakin komissiya sədri həmin deputatların adlarını açıqlamayıb.

Onun sözlərinə görə, iclaslara qatılmayan deputatların bəzilərinin səhhətində problemlər var. Bura Milli Məclisin keçmiş sədri, deputat Murtuz Ələsgərov və başqaları daxildir.

A.Əbiyev qeyd edib ki, mart ayının sonunda komissiyanın iclası keçiriləcək və iclaslara qatılmayan deputatlara xəbərdarlıq ediləcək.

Xəbər lenti

Xəbər lenti