Azərbaycan,Bakı/müxbir " A.İsmayılova/Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Avropa Birliyi arasında fəaliyyət planının həyata keçirilməsi məsələsi Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Avropa Birliyinn Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə martın 20-də Brüselldə görüşü zamanı müzakirə olnub. XİN-in mətbuat katibi Xəzər İbrahimin məlumatına əsasən, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və ticarət-nəqliyyat əlaqələri məsələləri müzakirə olunub.
Əzimov Brüselldə səfər çərçivəsində Avropa Parlamentinin xarici əlaqələr üzrə, həmçinin Avropa Birliyi-Cənubi Qafqaz parlamentlərarası əməkdaşlıq üzrə komitəsində çıxış edib. O, Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktoru, həmçinin NATO Baş Katibinin müavini Jan Furnye ilə görüşüb. Əzimov Avropanın Siyasət Mərkəzinə dəvət olunub və orada Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda çıxış edib.