...

Milli Məclis bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutan qanun  layihəsini müzakirə edəcək

Siyasət Materials 12 Aprel 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin aprelin 13-də keçiriləcək iclasında "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi  haqqında" qanun layihəsi müzakirə olunacaq. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qanun layihəsini parlamentin Regional məsələlər daimi komissiyası hazırlayıb. Qanun müvafiq icra hakimiyyəti orqanları tərəfindən  bələdiyyələrə yerli  əhəmiyyətli  məsələlərin  həlli üçün əlavə səlahiyyətlərin  verilməsini və bunun həyata  keçirilməsini  müəyyən edəcək. Müvafiq icra  strukturları bələdiyyə orqanlarına dövlət  mülkiyyətində olan  obyektlərin idarə olunması,  yaşayış fondu, qeyri-yaşayış binaları,  infrastruktur obyektlərinin  istismarı,  ictimai nəqliyyatın,  təsərrüfat  yollarının, təhsil,  mədəniyyət, səhiyyə, idman və bədən tərbiyəsi ilə bağlı sahələrin idarə olunması və inkişafı,  bələdiyyə  ərazisində  yerləşən tarixi abidələrin, park və qəbristanlıqların abadlaşdırılması, vətəndaşlıq  vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən  səlahiyyətlər  verə bilər.

İclasda həmçinin "Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" və "Dövlət borcu haqqında" qanun layihələri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti