...

Azərbaycan AŞPA-da əsas nümayəndə heyəti ilə təmsil olunacaq

Siyasət Materials 13 Aprel 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 14-də Strasburqa yola düşəcək. Bu barədə cümə axşamı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən məlumat verilib.

İclasda Azərbaycanın AŞPA-dakı əsas nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov başçılıq edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Əli Hüseynov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev daxildir.

AŞPA-nın yaz sessiyası aprelin 16-da başlayacaq və 20-dək davam edəcək. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məruzə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti