...

Azərbaycan prezidenti Gürcüstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 17 Aprel 2007 15:03 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq getdikcə inkişaf edir. Bu barədə çərşənbə axşamı Bakıda Gürcüstanın Azərbaycandakı yeni səfiri Nikolaz Natbiladze Azərbaycan prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən bəyan edib.

Gürcüstanın yeni səfiri Azərbaycan prezidentini əmin edib ki, Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı üçün əlindən gələni əsirgəməyəcək.

Əliyev cavab nitqində Gürcüstanın yeni səfirinin səmərəli fəaliyyətinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti