...

Bolqarıstanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Aprel 2007 13:40 (UTC +04:00)
Bolqarıstanın baş naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı /müx. " S.Ağayeva/ Bolqarıstanın baş naziri Sergey Stanişev bu il Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri Famil Əliyev məlumat verib. Səfər Azərbaycanın baş naziri Artur Rasizadənin dəvəti ilə gerçəkləşdiriləcək.

Əliyevin sözlərinə görə, Bolqarıstan hökumətinin rəhbəri öz niyyətini aprelin 17-18-də Sofiyada işgüzar səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşündə də təsdiqləyib. Bolqarıstan baş naziri rəhbərlik etdiyi hökumətin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu dilə gətirərək iki ölkə arasında iqtisadi əlaqələrin mövcud potensiala cavab vermədiyini vurğulayıb.

İki ölkə arasında mal dövriyyəsinin həcmi ötən il 56 milyon dollar təşkil edib. Azərbaycandan Bolqarıstana ixrac 47 milyon, idxal isə 9 milyon dollar olub.

Əliyevin sözlərinə görə, Bolqarıstan hökumətinin rəhbəri həmçinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini önə çəkib. Diplomat bildirib ki, komissiyanın növbəti iclasının ilin ikinci yarısında Sofiyada keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti