...

Naxçıvanda Televiziya və Radio Şurası yaradılıb

Siyasət Materials 23 Aprel 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov / Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən Muxtar Respublikanın Televiziya və Radio Şurası yaradılıb. Yeni fəaliyyətə başlayacaq qurumun əsasnaməsi təsdiq olunub. Fərmanda qeyd olunub ki, Şura Naxçıvan MR-də televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, "Televiziya və radio yayımı haqqında" qanuna əməl olunmasını təmin etmək məqsədilə yaradılıb.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti