...

Küveyt XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 1 May 2007 11:28 (UTC +04:00)
Küveyt XİN başçısı Azərbaycana səfər edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Küveyt xarici işlər naziri şeyx Məhəmməd əl-Sabahın mayın 8-9-da Bakıya planlaşdırılan səfəri zamanı Azərbaycanla Küveyt arasında siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafı perspektivi müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Əl-Küveytdən Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.

Küveyt XİN başçısının Bakıya səfəri Azərbaycan xarici siyasət idarəsi rəhbəri Elmar Məmmədyarovun bu ilin yanvarında Küveytə etdiyi rəsmi səfərin cavabıdır.

Əl-Sabah Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Lakin səfirin bildirdiyinə görə, səfər proqramı hələ müəyyənləşdirmə mərhələsindədir.

Küveyt XİN başçısının azərbaycanlı həmkarı ilə görüşəcəyini və ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.

"Azərbaycanla Küveyt arasında siyasi münasibətlər yüksək səviyyədədir. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsinə ehtiyac var. XİN başçıları da danışıqlarda məhz bu məsələyə diqqət yetirəcəklər" - deyə Abdullayev bildirib.

Səfir onu da əlavə edib ki, səfər çərçivəsində hər hansı sənədlərin imzalanması planlaşdırılmır.

Xəbər lenti

Xəbər lenti