...

Müxalifət partiyası Azərbaycanın Daxili İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb

Siyasət Materials 7 May 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümid Partiyası bazar ertəsi Azərbaycanın Daxili İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara, Bakıda fəaliyyət göstərən səfirliklərə etiraz məktubu və müraciət ünvanlayıb. Bu barədə partiyanın sədri İqbal Ağazadə açıqlama verib.

Bazar günü Ümid Partiyasının ikinci qurultayı keçirilib. Bakının şadlıq evlərindən birində keçirilən qurultayın ikinci hissəsində 37-ci polis polis bölməsinin əməkdaşları tədbirin keçirilməsinə müdaxilə edib və tədbiri dayandırıblar. Polis bu addımı qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən razılıq alınmaması ilə izah edib.

Ağazadə bildirib ki, partiya bu qanunsuz hərəkətinə görə 37-ci polis bölməsindən məhkəməyə şikayət verəcək. Bölmənin qanunsuz olaraq siyasi partiyanın fəaliyyətinə müdaxilə etməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət hazırlanıb. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri, həmçinin partiya üzvlərinin hüquqları pozulduğu üçün müraciət beynəlxalq təşkilatlara da göndərilib.

Ağazadə bildirib ki, bu məsələni Milli Məclisdə də qaldıracaq.

Müxalifəti təmsil edən Ümid Pariyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş İqbal Ağazadə Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti