...

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri: David Qareci kompleksinin Gürcüstana verilməsi ilə bağlı hər hansı göstəriş verilməyib

Siyasət Materials 18 May 2007 17:43 (UTC +04:00)
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri: David Qareci kompleksinin Gürcüstana verilməsi ilə bağlı hər hansı göstəriş verilməyib

Azərbaycan, Bakı / Trend , müxbir Ş.Əlizadə/ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov cümə günü jurnalistərə açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında torpaqların delimitasiya və demarkasiyası üzrə dövlət komissiyasına David Qareci kompleksinin Gürcüstana verilməsi ilə bağlı hər hansı göstəriş verilməyib.

Onun sözlərinə görə, David Qareci kompleksinin Gürcüstana veriləcəyi barədə prezidenitlər səviyyəsində razılığın əldə olunması barədə yayılan məlumatın heç bir əsası yoxdur. Məmmədovun sözlərinə görə, bu məsələləri prezidentlər yox, ikitərəfli komissiyalar həll edir. "Müvafiq sənədlər, xəritələr, sərhədlərin müəyyən edilməsi komissiyanın səlahiyyətindədir. Bizə isə bu barədə hər hansı göstəriş verilməyib", deyə Məmmədov əlavə edib.

O deyib ki, ərazilərin delimitasiyası və demarkasiyası komissiyası hər hansı kilsə, yaxud tarixi abidəyə görə sərhəd müəyyən etmir.

Xəbər lenti

Xəbər lenti