...

YAP Oğuz rayon təşkilatının yeni sədri seçilib

Siyasət Materials 18 May 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Oğuz rayon təşkilatının VI konfransında Saleh Məhərrəmov təşkilatın yeni sədri seçilib. Bu barədə cümə günü YAP mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, YAP Oğuz rayon təşkilatının konfransında 246 nümayəndə iştirak edib. Konfransda təşkilatın sədri Azad Əliyevin ötən dövr ərzində görülmüş işlər barəsində geniş hesabat məruzəsi dinlənilib.Konfransda təşkilatın 31 nəfərdən ibarət şurası, 11 nəfər tərkibdə İdarə Heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Saleh Məhərrəmov rayon təşkilatının sədri seçilib. Sonda konfrans nümayəndələri adından Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti