...

Azərbaycan parlamentində "Təhsil haqqında" qanunla bağlı qapalı müzakirələr başlayıb

Siyasət Materials 24 May 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bu saatlarda parlament binasında Milli Məclisin Elm və təhsil komissiyasının qapalı iclası keçirilir. İclasda "Təhsil haqqında" yeni qanun layihəsi müzakirə olunur.

Müzakirələrdə deputatlarla yanaşı, Prezidentin İcra Aparatının rəsmiləri, Təhsil Nazirliyinin rəhbərliyi, ali təhsil müəssisələrinin nümayəndələri və mütəxəssislər iştirak edir.

Parlamentin Elm və təhsil komissiyasının üzvü, millət vəkili Cəmil Həsənli bildirib ki, komissiyanın iclasının qapalı keçirilməsinin səbəbləri ona məlum deyil.

"Təhsil haqqında" yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirə olunacağa gözlənilirdi. Daxili Nizamnaməyə görə, parlamentin yaz sessiyası mayın 31-də başa çatacaq.

Təhsil naziri Misir Mərdanov bildirib ki, əgər komissiyada aparılan müzakirələr zamanı müsbət nəticə əldə olunsa, qanun layihəsi Milli Məclisin cümə günü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub. Yeni qanunun hazırlanmasına 1995-ci ildən başlanılıb.

Xəbər lenti

Xəbər lenti