...

Azərbaycanın müxalifət liderləri yeni qurumun yaradılmasını müzakirə edirlər

Siyasət Materials 5 İyun 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları yeni siyasi birliyin yaradılması ilə bağlı hazırda danışıqlar aparırlar. Bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə çərşənbə axşamı məlumat verib.

ASDP-nin qərargahında keçirilən görüşdə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Açıq Cəmiyyət Partiyası (ACP), Azərbaycan Demokrat Partiyası (ADP), Müsavat, Tərəqqi partiyaları, ASDP və Eldar Namazov təmsil olunur. Siyasi liderlər müxalifətin məşvərət Alyansının yaradılması təşəbbüsünü və digər məsələləri müzakirə edirlər.

Araz Əlizadə qeyd edib ki, siyasi liderlər arasında məsləhətləşmələr aparılır, müxtəlif təkliflər nəzərdən keçirilir. Əlizadənin sözlərinə görə, toplantı iştirakçılarının hamısı eyni problemləri irəli sürür və ümumi bir fikir birliyi var.

Görüş davam etdirilir.

Xəbər lenti

Xəbər lenti