...

Rusiya Geosiyasi Məsələlər Akademiyasının prezidenti: Qəbələ RLS ABŞ və Rusiya arasında mümkün hərbi–siyasi közərtinin qarşısını almağa dəvət edir

Siyasət Materials 18 İyun 2007 14:18 (UTC +04:00)
Rusiya Geosiyasi Məsələlər  Akademiyasının prezidenti: Qəbələ RLS ABŞ və Rusiya arasında mümkün hərbi–siyasi közərtinin qarşısını almağa dəvət edir

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Qəbələ radio lokasia stansiyası (RLS) ABŞ və Rusiya arasında mümkün hərbi-siyasi közərtinin qarşısını almağa dəvət edir və Azərbaycana beynəlxalq stabilliyə təhlükədə mühim müasir xəbərdarlıq faktoru kimi nüfuz gətirir. Rusiya Geosiyasi Məsələlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov bu cür hesab edir.

2007-ci ilin 7 iyununda "böyük səkkizlərin" sammiti çərivəsidə RF prezidenti Vladimir Putin Qəbələ RLS-i ABŞ-la birgə istifadə etməyi təklif edib. O, Polşa və Çexiya ərazisindən fərqli olaraq RMS (raketdən müdafiə sistemi) elementlərinin Azərbaycanda quraşdırılması ilə bağlı Rusiyanın təklifinin daha üstün olduğunu bildirib. RF prezidenti söyləyib ki, Qəbələ RLS düşmən raketlərinin müəyyən olunması və izlənilərək trayektoriyanın birinci sürət sahəsində məhv olunmasına imkan verir. Putin qeyd edib ki, bununla yanaşı raketin qalıqları Avropa şəhərlərinin ərazisinə və dənizə düşəcək.

"ABŞ bəyan edəndə ki, Çexiyada İranı izləmək üçün RLS tikir, o zaman Rusiya prezidenti daha ucuz varant təklif etdi ki, bu da amerikalıları bir az təşvişə saldı. Axı Amerika ona görə RLS şəbəkəsi istəyir ki, Rusiya üzərində radiolokasiya nəzarətinə malik olsun və hər bir hərəkəti, ballistik raketlərin buraxılmasını, aviasiya və s.-ni izləsin",-deyə İvaşov qeyd edib.

Onun sözlərinə görə, Qəbələ RLS eynilə bunu Amerika raketlərinə qarşı, Hind okeanındakı sualtı qayıqlardan və digər rayonlardan atıla bilən qanadlı raketlərə qarşı da edə bilir. "Bu məzmunda İran ikinci səviyyəli obyektdir. Sözsüz ki amerikalılar RMS-lə bağlı öz planlarını Rusiya ilə birlikdə Qəbələdə işləməyə dəyişməzlər",-deyə yüksəkçinli hərbi eksbert hesab edir.

Onun sözlərinə görə, ABŞ mox yaxşı başa düşür ki, onları elə öz ballistik raketləri, sualtı qayıqları və qanadlı raketlərini izləməyə dəvət edirlər. İkincisi, İvaşov hesab edir ki, ABŞ-ın RMS-lə bağlı layihəsi 1996-cı ildə buraxılıb və hazırda geniş miqyas alıb. Xüsusilə güclü elmi-texniki və istehsal kooperasiyası yaradılıb, böyük pullar qoyulub, kiminsə artıq müəyyən gəliri var, bütün bunlar ABŞ-ın kifayət qədər real proqramıdır və bütün bunların hamısından imtina etmək alınmayacaq.

Politoloq əmindir ki, ABŞ təklifdən dərhal imtina etməcəyək, cəhd edəcək ki, vəziyyəti sahmanlasın, hətta çalşacaq ki, bəzi texniki sirləri öyrənsin, Azərbaycan rəhbərliyinə təzyiq etsin, İran, Türikiyə və s-də şübhə doğursun. "Bax, onlar bundan istifadə edəcək, amma əməkdaşlıq xatirinə pirinsipcə onların dünyada dünya təhlükəsizliyi - Rusiyanın nüvə silahları üzərində total rasiolokasiya nəzarəti aparmasını korlaya biləcək, sistemdən, yaxud hər hansı bir elementdən imtina olunmasına getməyəcəklər",-deyə Akademiya prezidenti söyləyib.

Rusiyanın Azərbaycanda və Cənubi Qafqazda mövcud olma perspektivləri iə bağlı danışarkən politoloq qeyd edib ki, Rusiya o halda burdan getməyə razılıq verər ki, nə isə bir fantastik hadisə baş versin. Ya Amerikanın bütün nüvə silahları məhv edilsin, heç olmasa bu barədə qərar qəbul olunsun, yaxud da ABŞ Rusiya ilə geosiyasi rəqabətə son qoysun.

"Amma təəssüf ki, bizi bu cür xoşbəxtlik gözləmir və 2012-ci ildən sonra da Rusiya burda qalmaqda davam edəcək. Biz hələ bilmirik, regionda vəziyyət necə olacaq. Amma indi baş verənlər onu anlamağa imkan verir ki, regionda kifayət qədər gərgin situasiya yaranır və bu da ümumilikdə regional geosiyasi vəziyyəti gərginləşdirir. Qəbələ RLS heç kimə hücum etmir, o, sadəcə özünü kifayət qədər təcavüzkarcasına aparan Birləşmiş Ştatlar üzərində kəşfiyyat aparır. Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin mühim bir hissəsi kimi Azərbaycanın şimal-qərb hissəsində tikilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra RLS onun mülkiyyətinə keçib. Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişiklərə baxmayaraq, Rusiya stansiyanın istifadəsini davam etdirməkdədir.

2002-ci ildə Rusiyanın Müdafiə Nazirliyi ilə stansiyanın 10 illik icarəyə verilməsi barədə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti