...

Xarici işlər nazirinin müavini: "Xəzərin statusu ilə bağlı müəyyən siyasi razılaşmalar əldə edilib"

Siyasət Materials 22 İyun 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Xəzərin statusu ilə bağlı müəyyən siyasi razılaşmalar əldə edilib. Bunu iyunun 20-21-də Tehranda keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin ikinci konfransından qayıdan Azərbaycan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov cümə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, razılaşdırılan siyasi məqamlar hələ Xəzərin hüquqi statusunun razılaşdırılması anlamına gəlməməlidir. Bununla belə XİN rəsmisi vurğulayıb ki, razılaşdırılan məqamlar problemin həlli üçün imkanlar yaradır.

Razılaşdırılan ən mühüm məqam odur ki, Xəzərdən yalnız sülh məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda hüquqi statusla bağlı danışıqlar davam etməlidir.

Xəzərin statusu ilə bağlı xarici işlər nazirlərinin 1-ci konfransı 11 il əvvəl Aşqabadda keçirilib. 2002-ci ildə isə Xəzəryanı ölkələrin dövlət başçılarının 1-ci zirvə toplantısı olub.

İran və Türkmənistan Xəzərin beş bərabər hissəyə bölünməsini istəyir. Ancaq Azərbaycan bu bölgünü qəbul etmir. Azərbaycan Rusiya və Qazaxıstan arasında dənizin dibinin bölgüsü, üzünün isə ümumi istifadəsi ilə bağlı razılaşma var.

Xəbər lenti

Xəbər lenti