...

Rəsmi Bakı parlament seçkiləri ilə bağlı türk xalqının qərarını dəstəkləyir

Siyasət Materials 24 İyul 2007 11:48 (UTC +04:00)
Rəsmi Bakı parlament seçkiləri ilə bağlı türk xalqının qərarını dəstəkləyir

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ "Türkiyədə iyulun 22-si keçirilən seçkilər son on illikdə ölkə üçün mühim hadisədir" - deyə Prezident Aparatının şöbə müdiri Novruz Məmmədov Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, təkrar seçkilərin keçirilməsi Türkiyədə nadir hadisədir. Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının qələbəsi göstərir ki, Türkiyə xalqı bu partiyaya etimad göstərir.

"Bunun da səbəbi var, belə ki, Türkiyə siyasi, iqtisadi və sairə sahələrdə uğurla inkişaf edir. Bu gün ölkə dünya iqtisadiyyatına və Avropa Birliyinə inteqrasiya məqsədilə fəal tədbirlər görür" - deyə Məmmədov bildirib.

Prezident Aparatının şöbə müdiri hesab edir ki, Türkiyədə keçirilən təkrar parlament seçkilərinin yekunlarına əsasən, Bakı və Ankaranın münasibətləri yüksək səviyyədə davam etdiriləcək. "İki ölkə arasında gözəl münasibətlər qurulub və bu gün iki xalqın dostluq münasibətlərinə alternativ yoxdur" - deyə Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti