...

Gənclər və idman naziri Azad Rəhimov: "Azərbaycan FILA qarşısında üzərinə götürdüyü kontrakt öhdəliklərini yerinə yetirəcək"

Cəmiyyət Materials 15 Sentyabr 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Biz Azərbaycanda Ermənistan himninin səsləndirilmə mümkünlüyü ilə əlaqədar Beynəlxalq Federasiyanın kontrak öhdəliklərini pozmaq niyyətində deyilik". Bu barədə gənclər və idman nazri Azad Rəhimov Bakıda keçiriləcək yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatında erməni atletlərindən birinin qalib olmaq ehtimalını şərh edərkən məlumat verib.

İdarə rəhbəri bilidrib ki, FILA ilə yarışda mükafatlandırma zamanı qalib ölkənin bayrağının qaldırılması və himninin səsləndirilməsinə müvafiq olaraq müqavilə imzalanıb.

"Bu ümumi qəbul olunmuş praktikadır. Bir neçə ay öncə Ermənistan nümayəndə heyəti Bakıya səfər edib və səfər zamanı gəlişin bir sıra aspektlərinə toxunulub. Bundan sonra Ermənistanın və Azərbaycanın Güləş Federasiyaları, FILA və Beynəlxalq Olimpiya Komitələrinin nümayəndələri arasında daha bir dörtərəfli müqavilə imzalanıb. Belə ki, biz kontraktda əks olunan tələbləri yerinə yetirəcəyik" - deyə Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti