...

Azərbaycanın aparıcı cüdoçularından birinin gələcəyi sual altında qalmaqdadır

Cəmiyyət Materials 26 Sentyabr 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yığmanın Minskdə dopinq-yoxlaması zamanı qanında qadağan olunmuş preparat aşkar olunan cüdo üzrə dünya çempionatının qalibi Nicat Şıxəlizadənin gələcək taleyi ( 60 kq) hələ də qeyri-müəyyyən olaraq qalır.

Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, atletdən qan nümunəsi götürən Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri hələ də Federasiyaya hes bir rəsmi sənəd göndərməyiblər.

"Braziliyada keçirilən dünya çempionatında Cüdo Avropa İttifaqının (EJU) dopinq-komissiyasının iclası keçirilməli idi. Lakin iclas bu günə kimi keçirilməyib.

Məsələ ondadır ki, yarış qrafiki kifayət qədər sərt idi və döyüşlər axşam baş tuturdu.

Lakin istənilən halda, mümkün olan hər şeyi edəcəyik ki, Şıxəlizadənin cəza müddəti azaldılsın" -deyə Axundzadə bildirib.

Xəbər lenti

Xəbər lenti