...

Ekologiya Nazirliyi Yaşıllar Partiyasının ittihamlarını əsassız sayır

Cəmiyyət Materials 9 Noyabr 2007 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Son 10 il ərzində Sumqayıt şəhərində 100 hektara qədər yaşıllıq ərazisi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti rəhbərinin səlahiyyətlərini yerinə yetirən İradə İbrahimova cümə günü bildirib ki, 1995-ci ildə Sumqayıtda yaşıllıq sahəsi 854,5 ha olduğu halda 2007-ci ildə bu göstərici 949,6 ha təşkil edir və adambaşına düşən yaşıllıq sahəsi 26 m2_dir. Hazırda şəhərin sənaye rayonunun yaşıllaşdırılması üzrə geniş miqyaslı işlər aparılır.

Mərkəzi Nyu-Yorkda yerləşən "Blacksmith institute" təşkilatı sentyabrda hazırladığı hesabatında Sumqayıtı dünyanın ən çirkli 20 şəhərinin siyahısına salıb. Eyni zamanda Azərbaycanın Yaşıllar Partiyası ETSN-ni Sumqayıtın əyraf mühitini qorumamaqda ittiham edib.

İbrahimova bildirib ki, nazirlik Yaşıllar Partiyasının iddialarını əsassız sayır və qeyri-peşəkar, qərəzli hesab edir. "Nazirlik heç zaman iddia etməyib ki, Sumqayıt ekoloji problemlərdən azaddır. Bu, iri sənaye şəhəridir, yetərincə də problemləri var. Sumqayıt şəhərində fəaliyyət göstərən iri ekoloji çirkləndirmə mənbələrindən hesab edilən bir sıra istehsal obyektlərində nazirlik tərəfindən mütəmadi araşdırmalar aparılır" İbrahimova deyib.

ETSN Sumqayıtda fəaliyyət göstərən "Azkompozit" müəssisəsində və "Azəralüminium" ASC-də sentyabr-oktyabr aylarında səkkiz monitorinq aparıb və müəyyən edilən pozuntularla bağlı tədbirlər görüb.

İbrahimova bildirib ki, yaşıllıqların qırılması faktına görə, Sumqayıtda il ərzində 12 akt, 8 protokol tərtib edilib. 11 nəfər 418 manat məbləğində inzibati qaydada cərimələnib.

Xəbər lenti

Xəbər lenti