...

Çeparinov və Məmmədyarov arasında partiya maraqlı olacaq - keçmiş dünya çempionunun meneceri

Cəmiyyət Materials 30 Noyabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "İvan Çeparinov və Şəhriyar Məmmədyarov arasında görüş Dünya Kubokunun əsl bəzəyinə çevrilə bilər". Belə bir fikirlə keçmiş dünya çempionu Vaselin Topalovun meneceri Silvio Danailov bu günlərdə Dünya Kubokunun Hanta-Mansyiskdə keçirilən 1/16 finalı barədə fikir bildirərkən çıxış edib.

Menecer qeyd edib ki, hər iki şahmatçı güzəştsiz şahmat oynadığından oyun çox maraqlı olacaq. "Şəhriyarın klassı hamıya çox yaxşı məlumdur, lakin İvan da son dövrlər ərzində xeyli irəliləyiş əldə edib. Bu səbəbdən də görüş maraqlı olacaq, belə ki, rəqiblər bir-birinə layiqdirlər" - deyə Danailov qeyd edib.

Çeparinov 1\64 final görüşünü buraxıb, belə ki, onun Meksikadan olan rəqibi Hanta-Mansiyskə gələ bilməyib.

Xəbər lenti

Xəbər lenti