...

Qrossmeyster Teymur Rəcəbov: "Yuri Drozdovski sürətli şahmatı heyranedici oynayır"

Cəmiyyət Materials 5 Yanvar 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Yuri Drozdovski sürətli şahmatı heyranedici oynayır. Biz onunla dəfələrlə, o cümlədən internet vasitəsilə görüşmüşük və o dəfələrlə məni məyus edib". Bu barədə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada keçirilən II Dünya kubokunda Ukraynadan olan rəqibinə qarşı oyundan sonra bildirib.

Trend in yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, öz növbəsində Teymura haqq qazandıran Y.Drozdovski qeyd edib ki, o çox mükəmməl bir qüvvə ilə oynayıb. Birinci partiyada fransız müdafiəsinin sakit variantı oynanılıb. Ağlar uzun müddət təzyiq göstərdiyi halda Y.Drozdovski soyuqqanlılıqla və sistematik olaraq müdafiə olunub. Nəticədə isə T.Rəcabov heç-heçə ilə barışmağa məcbur olub. İkinci partiya Y.Drozdovskinin nəzərə çarpacaq dərəcədə üstüünlüyü ilə keçib. Lakin seytnot zamanı odessalı səhv etməyə başlayıb. Nəticədə T.Rəcəbov onun səhvlərindən ağılla istifadə edərək qələbə əldə edib.

Xəbər lenti

Xəbər lenti