Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir C.Babayeva / ABŞ Azərbaycana təhsil sahəsində islahatların aparılmasında yardım göstərməyə hazırdır,- cümə axşamı Bakıda ABŞ-ın akademik proqramlar üzrə Dövlət katibinin məsləhətçisi Tomas Farelli jurnalistlərə bildirib.
"ABŞ Azərbaycana təhsilin səviyyəsinin artırılmasında yardım göstərməyə hazırdır", - o deyib.
Farellinin sözlərinə görə, Azərbaycan ingilis dilinin öyrənilməsi üçün tələbələrin beynəlxalq mübadiləsində maraqlıdır.
"Bu sahədə əməkdaşlığı genişləndirmək üçün ABŞ və Azərbaycan yeni təşəbbüs həyata keçirmək niyyətindədirlər", - məsləhətçi qeyd edib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın Xarici Dillər Universitetində Amerika tələbələri üçün Azərbaycan dilinin öyrənilməsi üzrə Mərkəzin açılmasında da maraqlıdır.