Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir H.Haciyev/ Azərbaycanda futbol üzrə Milli Çempionatın ikinci dövrəsinin ilk oyunlarını idarə edəcək hakimlərin siyahısı bəlli olub. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından cümə axşamı Trend ə bildiriblər ki, fevralın 16 və 17-də keçiriləcək oyunları idarə edəcək hakimlərin müəyyənləşməsi üçün püşkatma keçirilib.
Azərbaycan çempionatında yaranmış dövrələrarası fasilə fevralın 16-da başa çatacaq.
Məlumata görə, "Turan"- "Neftçi" oyununu FİFA referisi Vüsal Əliyev idarə edəcək. Bundan başqa, "ABN-Bərdə"- "Olimpik" matçında Elçin Səmədli, "Xəzər-Lənkəran"- "Karvan"da Azad Mütəllimov, "Gənclərbirliyi"- "Bakı"da Fariz Yusifov, "Masallı"-"İnter"də İmanxan Sultani, "Qəbələ"-"Standart"da Rövşən Əhmədov, "Qarabağ"- "Simurq"da isə Anar Salmanov futbolçuları meydana çıxaracaq.
3 il bundan qabaq futboldan uzaqlaşdırılan Salmanov cəza müddətini başa vuraraq uzun müddətdən sonra ilk dəfə oyunu idarə edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]