...

Bakıda Milli kitabxanada "Dua" filminin numayişi olub

Cəmiyyət Materials 26 Fevral 2008 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Milli Kitabxanada Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. TrendLife-ın xəbərinə görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Dua" filmi nümayiş olunub. Kitabxananın direktoru Kərim Tahirovun, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin çıxışlarında bir gecədə 613 nəfərin şəhid olduğu, 500-ə yaxın insanın yaralandığı bir daha vurğulanıb. Tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən yüzə yaxın kitab, jurnal və qəzet materialları əsasında təşkil olunan sərgi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti