...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

Cəmiyyət Materials 1 Mart 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan incəsənətinin zənginliyi" adlı müsabiqə elan edir. Bu haqda TrendLife-a nazirliyin əməkdaşı Zöhrə Əliyeva xəbər verib. Aprelin 20-dək davam edəcək müsabiqədə gənc tələbələr, magistrlər, bakalavrlar iştirak edə bidəcəklər. Təqdim olunan işlər həm Azərbaycan, həm də rus dilində ola bilər. Birinci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti