...

ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır – səfir (video)

Cəmiyyət Materials 3 Mart 2008 12:40 (UTC +04:00)
ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır – səfir (video)

Azərbaycan, Bakı, 3 mart / " , müxbir K.Ramazanova/ ABŞ güclü və fəal vətəndaş cəmiyyətinin demokratiyanın əsası olduğuna əmindir. Bu barədə bazar ertəsi bu ölkənin Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar azad və ədalətli seçkilərin keçirilməsində Azərbaycana yardım etmək istəyir. "Mən Qeyri-Hökumət Təşkilatlarını (QHT) seçkilərlə bağlı layihələrini komissiyaya təqdim etməyə çağırıram" - deyə səfir bildirib.

ABŞ-ın Azərbaycandakı səfirliyi kiçik qrantlar proqramı üzrə müsabiqə elan edib. Səfirin sözlərinə görə, regionlardan olan QHT-lər də bu layihədə fəal iştirak edə bilərlər. "Biz Bakıda olan QHT-lərə olduğu kimi, onlara da yardım göstərmək istəyirik" - deyə o bildirib.

QHT-lər üçün proqram çərçivəsində ölkədə demokratik islahatların inkişafına yönəldilmiş layihələrin reallaşdırılması üçün qrantlar ayrılacaq.

Tələblərə müvafiq olaraq, müsabiqdə iştirak etmək istəyən QHT-lər layihələri göstərilən müddətə qədər ingilis və ya Azərbaycan dillərində komissiyaya təqdim etməlidir. Layihələr bu mövzuları əhatə etməlidir: münaqişələrin nizamlanmasına yönəldilmiş təşəbbüslər, siyasi proseslərdə islahatların müdafiəsi, insan haqları, söz azadlığı, ölkədə azad və demokratik jurnalistikanın inkişafı, anti-korrupsiya təşəbbüsləri, büdcə və xərclərin formalaşması sahəsində hökmət fəaliyyətinə səmərəli nəzarət və digər sahələr.

Arzu edənlər müraciət qaydalarını ABŞ səfirliyinin http://azerbaijan.usembassy.gov/demcom2.html internet saytından əldə edə bilərlər.

ABŞ səfirliyi 1997-ci ildən proqram çərçivəsində 200-dən çox QHT-nin 240-dan artıq layihəsinin reallaşdırılmasına 2,4 mln. dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti