...

Şəfiqə Axundova ürəyindəki ağrılardan şikayət edir

Cəmiyyət Materials 3 Mart 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart /müx. TrendLife Günel Əhmədova/

Şərqin ilk opera yazan qadını Şəfiqə Axundova ürək ağrılarından əzyiyət çəkir. Qış aylarında dərdinin üstünə dərd gəldiyini TrendLife-a danışan bəstəkar belə bir açıqlama verdi: "Ürəyim çoxdan xəstədir. Mənim iki dəfə kliniki ölüm keçirməyim və həyata dönməyim həkimləri şoka salmışdı. Mənə hələ neçə il öncə tövsiyə olundu ki, dəniz havası udum. Lakin maddi durumum buna imkan vermədiyi üçün şəhərdən kənara çıxa bilmirəm".

Neçə il öncə yuxarı dairələrdən dəniz kənarında ona kiçik otaq verilməsini xahiş edən bəstəkar müraciətinin reall həllini tapmadığını vurğuladı. Onun əlavəsinə görə, 4 divar arxasında hər gün ürək ağrıları keçirir və bu şəraitdə vəziyyətinin daha da kəskinləşəcəyini düşünür.

Xəbər lenti

Xəbər lenti