...

Bakı uşaq teatrı binadan çıxarılır

Cəmiyyət Materials 1 Aprel 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ müxbir TrendLife Günel Əhmədova

Bakı Uşaq Teatrından yenidən binanı tərk etmək tələb olunur. Bir neçə gün əvvəl teatrın iki otağı əlindən alınmışdısa, indi Bulvar idarəsi bütün binanı tələb edir. Teatrın rəhbəri İntiqam Soltanın TrendLife-a bildirdiyinə görə, martın 31-də teatra məktub göndərilib və heç bir əsas göstərilmədən binanı tərk etmək üç gün vaxt verilib.

Soltan məsələ ilə bağlı Bakı şəhər icra hakimiyyətinə müraciət ünvanladığını bildirib. Yazılı müraciətdə Bulvar İdarəsinin heç nəyə məhəl qoymadığı qeyd olunur: "Məktubda eyni zamanda ümidimizin Mədəniyyət və Turizm Nazirliyinə qaldığını qeyd etmişik. Bu işə yalnız nazirlik əncam çəkə bilər".

Teatr rəhbəri deyib ki, sənət ocağının yerləşdiyi binadan çıxarılması ilə bağlı heç bir əlaqədar qurumdan göstəriş olmadığı halda, teatrın binadan özbaşına çıxarılması ilə bağlı kollektiv iki ildən artıqdır təzyiqlərlə üzləşirlər.

Xəbər lenti

Xəbər lenti