...

Mən "kral" yox, sadəcə əla toy aparanam – Azərbaycan müğənnisi Manaf Ağayev

Cəmiyyət Materials 22 Aprel 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"Toylar kralı kimdir"-bu sual yenidən şou-sakinlərinin ən çox müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Söhbət o həddə çatıb ki, artıq toy məclislərini idarə edən kişi müğənniləri susmaqdan çox, özlərinə bəraət qazanmaqda maraqlı görünürlər. Müğənni Manaf Ağayev də belələrindəndir. Sənətçi TrendLife-a verdiyi açıqlamasında özəlliklə vurğuladı ki, yerli şou-dünyasında kimsə özünə "kral" titulunu yaraşdırmamalıdır: "Məncə adı olub, özü olmayan şou-biznes aləmində hər kəs öz adıyla tanınmalıdır. Bəli biz müğənniyik. Amma bu o demək deyil ki, indi özümüzə qondarma adlar qoymalıyıq. Hərənin bir adı var. Mənim də adım Manafdır. Nə olsun ki, təqvimin hər günü el şənliklərindəyəm. Mən "kral" yox, sadəcə əla toy aparanam. "Kral" olmaq üçün təkcə oxumaq kifayət etmir. Yəni, müğənni dostlarım bu sözü ucuzlaşdırmasalar, lap yaxşı olar".

Xəbər lenti

Xəbər lenti