...

Azərbaycan şahmatçısı beynəlxalq turnirin liderləri sırasındadır

Cəmiyyət Materials 20 May 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Bakıda sabiq prezident Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı təşkil olunan "Prezident kuboku" adlı beynəlxalq şahmat turniri sabah başa çatacaq. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Başa çatmaqda olan turnirdə liderlik edən şahmatçı Rusiyadan olan Yevgeni Najerdir. Rusiyalı qrossmeysterin aktivində 7 xal var. Najerdən sonrakı pillədə 6,5 xalı olan azərbaycanlı şahmatçı Fərid Abbasov yer alır.

"Prezident kuboku" turnirində 22 ölkədən 200-ə yaxın şahmatçı qüvvəsini sınayır. Şahmat turnirində Viktor Korçnoy (İsveçrə) və Naycel Şort (İngiltərə) kimi tanınmış qrossmeysterlər də çıxış edir.

İsveçrə sistemi ilə keçirilən turnirdə Azərbaycanın Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi tanınan şahmatçıları iştirak etmir.

Turnirin mükafat fondu 85 min dollardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti