Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun vitse-prezidenti vəzifəsində dəyişiklik olacaq. Bu barədə cümə günü Trend -a "Neftçi" klubundakı mənbələr məlumat verib.
Trend -un arayışı: "Neftçi" klubunun hazırki vitse-prezidenti Ramin Musayevdir. Onun iyun ayının ortalarında fəaliyyətə başlayacaq Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsinə təyin olunacağı bildirilir.
Klubdan Trend -a verilən məlumata görə, Musayevi vitse-prezident vəzifəsində "Neftçi"də icraçı direktor kimi fəaliyyət göstərən İlqar Quluzadə əvəz edəcək. Deyilənə görə, artıq klubun rəhbərliyi bu barədə öz aralarında razılığa gəlib və Quluzadənin vitse-prezident təyin olunması təklifi müsbət qarşılanıb.
Musayevdən əvvəl "Neftçi" klubunun vitse-prezidenti vəzifəsində Namiq Quliyev fəaliyyət göstərib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]