...

Mini futbol üzrə "Aznet Kuboku"nda həlledici mərhələyə start verilib

Cəmiyyət Materials 17 İyun 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir R.Ergün/ Bakının "Olimpik Star" idman kompleksində "TREND" Xəbərlər Agentliyinin təşkilatçılığı ilə keçirilən "Aznet Kuboku" yavaş-yavaş kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır. İyunun 15-də kubokun 1/4 final mərhələsinin ilk oyununda "BakuPages" və "Terimakasi" komandaları üz-üzə gəlib. Əvvəlcədən deyək ki, son dərəcə gərgin keçən oyunda qeydə alınan nəticə heç də final mərhələsi üçün xarakterik olmayıb.

Oyun açıq-aşkar "Terimakasi"nin üstünlüyü şəraitində keçməsə də, vurulan qolların sayı başqa şeydən xəbər verir. Belə ki, "Terimakasi" komandasının oyunçuları "BakuPages"i dörd qol vurmalarına əməlli-başlı peşman edib - 8:4. Bu qələbədən sonra "Terimakasi" "Aznet Kuboku"nun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Kubokun yarımfinal mərhələsinin oyunları iyunun 21-də keçiriləcək.

"Aznet Kuboku"nda saytı olan 12 komanda iştirak edib. Onlardan artıq bir çoxu qrup mərhələsini adlaya bilmədikləri üçün yarışdan kənarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti