...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası legioner limitini ləğv edib

Cəmiyyət Materials 5 İyul 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Premyer-Liqada çıxış edən futbol klublarda əcnəbi oyunçularla bağlı limit tamamilə ləğv edilib. Bu barədə şənbə günü jurnalistlərə Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov məlumat verib

Trend -un arayışı: AFFA-nın qüvvədə olan qərarı ilə hazırda klublar hər oyunda 7 legionerdən istifadə edə bilirdi.

Cavadov deyib ki, İcraiyyə Komitəsinin qərarı ilə həmçinin növbəti 2008-2009-cu il futbol mövsümündən etibarən hər turdan sonra klubların əvəzedici komandalarının oyunu keçirilməlidir. Hər hansı komandanın əvəzedici klubu oyuna cıxmasa, təmsil etdiyi kluba əldə etdiyi nəticədən asılı olmayaraq, texniki məğlubiyyət veriləcək.

Qərara əsasən, legioner oyunçuya görə klub AFFA-ya 20 min manat məbləğində rüsum ödəyəcək. Əvvəlki qərara əsasən isə, bu məbləğ 8 min manat idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti