...

Bakıda dünya şöhrətli pianoçu Bella Davidoviçin yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 17 İyul 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Tanınmış pianoçular Fərhad Bədəlbəyli və Murad Adıgözəlov oktyabr ayında Filarmoniyada tanınmış pianoçu, əslən bakılı olan Bella Davidoviçin 80 illik yubileyi ilə əlaqədar konsert proqramı ilə çıxış edəcəklər. M. Adıgözəlovun TrendLife-a verdiyi məlumata görə, Fərhad Bədəlbəyli konsert zamanı Qeşvinanın konsertini, Adıgözəlzadə isə Qerşvinanın "Rapsodiyasını" ifa edəcək.

Bella xanım F. Bədəlbəylinin müəllimi olub. "Onun gəlib-gəlməyəcəyi hələ bəlli deyil. Amma belə bir konserti təşkil etmək bizim borcumuzdur",-deyən M. Adəgözəlzadə bildirib.

Bundan əlavə M. Adıgözəlzadənin və Fərhad Bədəlbəylinin bu il iki royal üçün duet konsertləri nəzərdə tutulub. Onlar Rahmaninovun süitalarını ifa edəcəklər, hazırda bu proqram üzərində işləyirlər.

Yerigəlmişkən B. Davidoviçin 80 yaşı dünən tamam olub. O, bir çox beynəlxalq festivalların qalibidir. 1962-ci ildən Moskva konservatoriyasında dərs deyib. Sovet dövründə B. Davidoviç qərbdə çox məhşur idi. 1978-ci ildə ABŞ-a köçüb, 1979-cu ildə isə Korneggi-holledə konsert proqramı ilə çıxış edib. O, ABŞ-da və Avropada bir çox master-klasslar verib. Onun oğlu Dmitriy Sitkoveskiy tanınmış skripa ifaçısıdır.

Xəbər lenti

Xəbər lenti