Azərbaycan, Bakı, 16 avqust/ Trend , müxbir C.Babayeva/ Yaxın vaxtlarda Dağıstanda Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndəliyi açılacaq. Bu barədə DAK-ın şənbə günü Trend -a daxil olan məlumatında xəbər verilir.
Məlumata əsasən, bu nümayəndəlik DAK İdarə Heyəti üzvlərinin Dağıstana səfəri çərçivəsində yaradılacaq. İdarə Heyətinin üzvləri Dağıstanda bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə tanış olacaqlar.
"Üçgünlük səfər zamanı DAK üzvləri azərbaycanlıların yaşadıqları regionlara baş çəkəcək, ziyalılarla görüşlər keçirəcək və azərbaycanlıların təhsil aldığı məktəblərə 2 min nüsxə dərslik təqdim edəcəklər", - məlumatda qeyd edilir.
DAK 1997-ci ildə ABŞ-da təsis edilib. Konqresin fəaliyyəti dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə yönəlib.
İyulda Dünya Azərbaycanlıları Konqresinin Gürcüstanda nümayəndəliyi açılıb. Nümayəndəliyin mənzil qərargahı Marneuli şəhərində yerləşir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]