...

Azərbaycan regionun ən stabil və dinamik inkişaf edən ölkəsidir - Prezidentin İcra Aparatının rəhbəri

Cəmiyyət Materials 18 Sentyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycan regionun ən stabil və dinamik inkişaf edən ölkəsidir. Bu barədə cümə axşamı Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ramiz Mehdiyev Bakıda keçirilən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu" adlı beynəlxalq konfransda bildirib.

Mehdiyev qeyd edib ki, ölkədə həyata keçirilən islahatlarda uğurun əldə olunması korrupsiyaya qarşı aparılan səmərəli və məntiqli mübarizədən asılıdır.

Dövlət Komissiyası sədrinin sözlərinə görə, son illər Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi və institusional baza formalaşıb. 2007-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya qəbul olunub, ölkə bu sahədə mövcud olan bütün beynəlxalq konvensiyalara qoşulub.

Mehdiyevin sözlərinə görə, Dünya Bankının korrupsiyanın səviyyəsinə dair hesabatında Azərbaycan 64 bənd irəliləyərək dünyanın 181 ölkəsi arasında 33-cü yeri tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti