...

Azərbaycanlıların Kirovqraddakı diasporu milisi onun icma üzvünə işgəncələr verməkdə günahlandırır

Cəmiyyət Materials 8 Oktyabr 2008 17:13 (UTC +04:00)

Ukrayna, Kiyev, 08 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Azərbaycanlıların Kirovqraddakı diasporu Kirovqradın Kirov  rayon şöbəsinin hüquq - mühazizə orqanlarını dindirilmə prosesində işgəncələr verilməsində günahlandırır. İşgəncələr onların icma üzvü, 38 yaşlı Ukrayna vətəndaşı Bəşarət Qurbanovun ölümü ilə nəticələnib. Bu barədə Trend -a Ukrayna Azərbaycanlıları Konqresinin regional sədri Vilayət Məmmədov deyib.

Onun sözlərinə görə, oktyabrın 6-da qanun keşikçiləri Qurbanovu digər Qafqaz əsilli şəxslər arasında baş vermiş münaqişənin şahidi qismində saxlayıblar. Onu həyat yoldaşı ilə birlikdə milisin rayon şöbəsinə aparıblar. Qurbanovu uzun müddət ərzində, hüquqlarını izah etmədən və vəkilin iştirakı olmadan dindirblər.

"Vəfat edənin həyat yoldaşı bildirib ki, onun əri saxlanldığı an tam sağlam olub və ürəklə bağlı heç bir problemi olmayıb. Həmin gün axşam isə, bizə məlumat veriblər ki, Qurbanov müstəntiqin kabinetində dindirilmənin gedişində vəfat edib", - Məmmədov bildirib.   

Onun sözlərinə görə, məhkəmə ekspertizasının ilkin nəticələrinə əsasən, saxlanılmış şəxs ürək çatışmazlığından vəfat edib. Lakin  məhkəmə ekspertizasının eksperti son qərarını verməyib.

"Bizim icma üzvləri meyitin yarılmasında iştirak ediblər və vəfat edənin kürəyində, ayaqlarında, qabırğalarında, əl barmaqlarında qançırların olmasını təsdiqləməyə hazırdırlar. Biz bəyan edirik ki, milislər saxlanılmış şəxsə işgəncə veriblər  və Qurbanov  işgəncədən ölüb", - Məmmədov vurğulayıb.

Məmmədovun sözlərinə görə, rayon şöbəsində olan Qurbanovun həyat yoldaşı ərinin qışqırıq və iniltilərini eşidib. O bildirib ki, Qurbanovun əli zədəli olduğundan,  ІІ qrup əlil olub,əlilliyinin təsdiq edilməsi üçün hər il tam tibbi komisiyadan keçib və deməli, vəfat edənin ürəklə bağlı probleminin olmaması barədə arayışı var.

Milisin DİN-in saytında yerləşdirilmiş rəsmi şərhində deyilir ki, oktyabrın 5-də şəhər bazarlarının birində Ukrayna vətəndaşları və Qafqaz əsilli şəxslər arasında münaqişə baş verib. Münaqişə iştirakçılarından biri odlu silah işlədib və nəticədə, iki zərərçəkmiş bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Oktyabrın 6 - da faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2 - ci bəndi üzrə cinayət işi qaldırılıb. Milisdən onu da bildiriblər ki, həmin gün saat 15.00 - da milisin Kirov şöbəsinə iki dəfə məhkum olunmuş, münaqişənin fəal iştirakçısı Qurbanov gətirilib. 20.30- da təcili tibbi yardımın həkimləri onun ölümünü qeydə alıblar. Ekspertlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığından baş verib.

Milisdən bildiriblər ki, vəfat etmiş şəxsin bədənində aşkar edilmiş bədən xəsarətləri yüngül dərəcəyə aiddir və ölümlə əlaqəsi yoxdur. Fakt üzrə prokurorluq və DİN tərəfindən xidməti yoxlama aparılır. Bu məsələ vilayət prokurorluğunun nəzarəti altındadır.

Vilayətin DİN İdarəsinin rəisi Kirovqrad rayon milis şöbəsinin fəaliyyətinin kompleks yoxlanılması tapşırıb.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Trend -a bildirib ki, hadisə ilə bağlı Konqresin hüquqşünası, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi və konsul ora göndərilib.

İcma nümayəndələri vilayət prokuroru ilə görüşüblər, prokurorluq orqanlarına ərizələr hazırlanır.

İş üzrə prokurorluğun müstəntiqi təyin olunub.

Xəbər lenti

Xəbər lenti