Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakılı" futbol klubunun baş məşqçisi Nadir Qasımov istefa verib. Bu barədə çərşənbə axşamı Trend -a "Bakılı" klubunun prezidenti Misir Əbilov məlumat verib.
Əbilov baş məşqçinin istefasını "Bakılı" komandasının Azərbaycan Premyer-Liqasında uğursuz çıxış etməsi ilə əlaqələndirib.
Klub prezidentinin bildirdiyinə görə, birinci dövrənin sonuna kimi "Bakılı"da baş məşqçi vəzifəsində Bəxtiyar Qulamov fəaliyyət göstərəcək.
"Bakılı" klubu Premyer-Liqada keçirdiyi 8 oyundan sonra hesabında bir xal olmaqla sonuncu - 14-cü pillədə yer alır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]